Cinsi zəiflik cinsi əlaqə zamanı çətinlik yaşanması və ya cinsi həyatdan kifayət qədər həzz ala bilməmə vəziyyəti ilə ortaya çıxan bir narahatlıqdır. Həm kişilərdə, həm də qadınlarda müşahidə oluna bilər.
Cinsi həyat ümumi yaşam keyfiyyəti və sağlamlıqda böyük rol oynayarkən, bu problemlərlə başa çıxa bilməmək insanlarda psixoloji problemlərə səbəb ola bilər.
Fərd fiziki və emosional baxımdan mənfi hiss edə bilər. Cinsi zəifliyin müalicə üsulları arasında tibbi və terapevtik metodlar var.
Cinsi zəiflik nədir?
Cinsi zəflik; kişinin cinsi istək duymasına, cinsi həyatdan həzz almasına və cinsi fəaliyyətlərdə iştirak etməsinə mane olan bir sıra narahatlığı ifadə edir.
Cinsi istəksizlik, ereksiya pozğunluğu, erkən boşalma, orqazm pozğunluqları, vajinismus kimi narahatlıqlarla özünü göstərə bilər.

Cinsi zəiflik diaqnozu həkim mütəxəssislər tərəfindən qoyulur. Bu pozğunluğun diaqnozunun qoyulması üçün, cinsi zəifliyə səbəb olan vəziyyətlərin aylarca davam etməsi tələb oluna bilər.
Cinsi zəiflik; fiziki, emosional və ya zehni faktorlarla ortaya çıxa bilər. Bir çox insan bu problemləri danışmaqdan çəkinir, bu səbəbdən problemlərə həll tapmaq çətinləşir.
Həkim mütəxəssisdən yardım almaq isə cinsi zəifliyin aradan qaldırılmasına kömək edir.
Cinsi zəiflik əlamətləri nələrdir?
Cinsi zəiflik dörd əsas kateqoriyaya bölünür. İstək pozğunluqları, cinsi istək və ya cinsi həyata maraq çatışmazlığı ilə ortaya çıxır. Hər hansı bir cinsi fəaliyyətə maraq duymamaq deməkdir.
Fərddə cinsi istək var, ancaq bədən hər hansı bir reaksiya vermir. Kişilərdə ereksiya pozğunluğu buna nümunədir.
Orqazm pozğunluqları, orqazma çatmaqda gecikmə və ya heç orqazm ola bilməmə ilə meydana gələ bilər. Cinsi istək və oyanma baş versə belə, orqazm baş verməyə bilər.
Cinsi əlaqədə yaşanan ağrılar əziyyətverici ola bilər. Bu ağrılar səbəbindən cinsi istəksizlik və əlaqədən qaçınma yaşana bilər.
Kişilərdə cinsi funksiya pozğunluqları
Kişilərdə cinsi funksiya pozğunluqları olduqca geniş yayılıb. Xüsusilə 40-70 yaş arası kişilərin əksəriyyəti cinsi zəiflik yaşayır. Ereksiya problemi və erkən boşalma kişilərdə cinsi funksiya problemlərinə səbəb olur.
Azalmış cinsi istək
Kişilərdə azalmış cinsi istək psixoloji, hormonal və ya emosional səbəblərdən qaynaqlanа bilər. Yorğunluq, stress və ya narahatlığa bağlı müvəqqəti vəziyyətlər səbəbindən cinsi istəksizlik meydana gələ bilər. Lakin daimi cinsi istəksizliyin müalicə edilməsi lazımdır.

Azalmış cinsi istək səbəbləri arasında; depressiya, narahatlıq, münasibətdə yaşanan problemlər, aşağı testosteron səviyyələri və bəzi dərmanlar yer alır. Depressiya və narahatlıq cinsi istəyin azalmasında böyük rol oynayır.
Cinsi zəifliyi olan kişilər cinsi düşüncələri və fantaziyaları daha az tezliklə yaşayır. Cinsi həyatdan daha az həzz alınır. Kişilər bu vəziyyətdə; vizual, toxunma və ya sözlü cinsi təhriklərə belə maraq göstərməyə bilər.
Azalmış cinsi istəyin müalicəsində əsas səbəb müəyyən edilməlidir. Psixoloji səbəblərə bağlı cinsi istəksizlikdə, psixoloji məsləhət və davranış terapiyaları effektiv ola bilər.
Bu cür terapiyalar münasibət problemlərini həll etmək və stressi idarə etmək üçün vacibdir.
Ereksiya pozğunluğu (erektil dinfunksiya)
Erektil disfunksiya, yəni ereksiya problemi, kişinin cinsi fəaliyyət üçün kifayət qədər sərt bir ereksiya əldə edə bilməməsi və ya davam etdirə bilməməsi deməkdir. Bu vəziyyət xüsusilə 40 yaşdan yuxarı kişilərdə geniş yayılıb.
Heç bir zaman ereksiya ola bilməmə ilə özünü göstərə bilər. Bəzi hallarda ereksiya təmin edilə bilər, lakin cinsi əlaqə üçün kifayət qədər sərtlik yarana bilməz.
Kişilərdə ereksiya problemi fiziki və emosional faktorların bir araya gəlməsi ilə ortaya çıxa bilər.
Ereksiya pozğunluğunun müxtəlif növləri var. Vaskulyar ereksiya pozğunluğu ən çox rast gəlinən ereksiya pozğunluğudur. Penisin damarlarındakı qan axını ilə bağlı problemlər, qanın penisdə saxlanıla bilməməsi bu vəziyyətə səbəb ola bilər.
Nevrojenik ereksiya pozğunluğu isə sinir sistemi ilə əlaqəli bir problemdən qaynaqlanır. Beyindən penisə gedən siqnalların ötürülməsində problem olduqda ereksiya baş verməyə bilər. Bu vəziyyət; travma, çanaq əməliyyatları və ya nevroloji xəstəliklər nəticəsində ortaya çıxa bilər.
Erkən boşalma
Erkən boşalma, kişinin cinsi əlaqə zamanı orqazm və ejakulyasiyanın özünün və ya partnyorunun arzuladığı vaxtdan çox daha əvvəl baş verməsidir. Bu vəziyyət, adətən cinsi əlaqədən dərhal əvvəl və ya əlaqə zamanı ortaya çıxır.
Erkən boşalma səbəbindən həm kişinin, həm də qadının cinsi məmnuniyyəti mənfi təsir görür. Kişilərin təxminən 30 faizi həyatlarının bir dövründə vaxtından əvvəl boşalma problemi ilə üzləşir. Kişilərdə ən çox rast gəlinən cinsi funksiya pozğunluğu vaxtından erkən boşalmadır.
Erkən boşalmanın müalicəsində adətən davranış terapiyası, məsləhətləşmə və ya dərman müalicəsi tövsiyə edilir. Davranış terapiyasında tətbiq olunan metodlardan biri başla-dayandır texnikasıdır.
Bu texnikada orqazma yaxınlaşdıqda təhrik dayandırılır, bir müddət gözlənildikdən sonra kişinin yenidən nəzarət qazanması təmin edilir. Digər bir texnika isə sıxma texnikasıdır. Orqazmı gecikdirmək məqsədilə penisin başı yüngülcə sıxılır və ereksiya itənə qədər gözlənilir.
Cinsi zəifliyin səbəbləri nələrdir?
Cinsi zəifliyin səbəbləri fiziki və psixoloji olaraq iki hissəyə bölünür.
Fiziki səbəblər
- Hormonal dəyişikliklər
- Metabolik vəziyyətlər (Piylənmə, yüksək xolesterol)
- Ürək narahatlıqları
- Prostatit və endometrioz
- Nevroloji pozğunluqlar (Parkinson, MS)
- Alkoqol istifadəsi
- Doğumun qarşısını alan həblər, antidepressantlar
Psixoloji səbəblər
- Stress
- Təşviş (Anxiety)
- Depressiya
- Keçmiş travmalar
- Münasibət problemləri
- Aşağı özgüvən və cinsi performans qorxusu
Cinsi zəifliyin müalicəsi
Altta yatan psixoloji və ya fiziki problemlərin aradan qaldırılması ilə cinsi funksiya pozğunluqlarının həlli mümkündür, lakin bəzi hallarda bu kifayət etmir. Bu hallarda digər müalicə üsullarına müraciət edilir.
Boşalma problemi, erektil disfunksiya və ya cinsi istəyin azalması ilə özünü göstərən cinsi funksiya pozğunluqları, yaranmış vəziyyətə görə müalicə edilir. Erkən boşalma problemi zamanı bəzi antidepressant dərmanlar təyin edilə bilər.
Bu dərmanlardan başqa, erektil disfunksiyada yaranan sərtləşmə problemi, cinsi əlaqədən əvvəl istifadə edilən penil inyeksiya və ya vakuum cihazları ilə də müalicə edilə bilər. Erektil disfunksiyada sərtləşmənin süni olaraq təmin edilməsini təmin edən penil implantlar da uzun illərdir istifadə edilən müalicə seçimlərindəndir.
Testosteron səviyyəsinin aşağı olmasına bağlı yaranmış cinsi funksiya pozğunluqlarında isə hormon səviyyəsinin normal göstəricilərə qaldırılması üçün hormon əvəzedici müalicə tətbiq edilir.
Həmçinin cinsi funksiyalara təsir edən narahatlıq, depressiya, qorxu və ya günahkarlıq hissi yarandığı təqdirdə psixoloji məsləhətçilər tərəfindən psixoloji terapiya müalicəsi aparıla bilər.
Kişilərdə cinsi zəiflik nə qədər tez-tez görülür?
Kişilərdə cinsi zəiflik olduqca geniş yayılmış problemlərdir. Araşdırmalara görə, kişilərin təxminən 31 faizi həyatlarının bir dövründə cinsi zəiflik yaşaya bilər. Ən çox rast gəlinən problemlərdən biri cinsi istək pozğunluğudur.
Cinsi zəiflik kişilərdə adətən sərtləşmə problemləri şəklində görünür. Bu cür pozğunluqlar kişilərin təxminən 20 faizinə təsir edə bilər. Yaşla birlikdə bu nisbət əhəmiyyətli dərəcədə artır. Erkən boşalma da geniş yayılmış cinsi funksiya pozğunluğudur.
Araşdırmalar göstərir ki, kişilərin təxminən 30 faizi həyatlarının bir dövründə vaxtından əvvəl boşalma problemi yaşayır.
Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.