Fuzyon prostat biopsiyası nədir?

Məqalədə olanlar

Fuzyon biopsiya, normal prostat biopsiyalarına əlavə olaraq prostatın MR görüntüləri ilə aparılan müayinəsində riskli tapılan nöqtələrin xüsusi iynələr vasitəsilə nümunə alınması prosesidir.

Füzyon biopsiya prostat biopsiyası tələb olunan hər vəziyyətdə mütləq aparılmalı deyil. Bəzi hallarda diaqnoz qoyulması daha asan olduğu üçün standart biopsiya üsulları ilə rahatlıqla diaqnoz qoyula bilər.

Füzyon biopsiyalar adətən diaqnoz qoyma baxımından çətinlik çəkilən PSA dəyərləri aşağı olan prostat müayinələrində çox böyük şübhəli bölgələr tapılmayan, lakin prostat xərçəngi şübhəsindən qurtula bilməyən hallarda kifayət qədər geniş istifadə olunmağa başlanılıb.

Fuzyon biopsiya necə aparılır?

Xəstələrə prostat biopsiyasından əvvəl multiparametrik prostat MR çəkilir. MR görüntülərindən prostat xərçəngi baxımından şübhəli sahələr müəyyən edilərək MR görüntüləri üzərində işarələnir.

İkinci mərhələdə xəstə yuxuya salınır və xəstənin rektumuna ultrasəs probu yerləşdirilir. Köhnə tipdən fərqli olaraq yeni tip bu cihazlar ultrasəs görüntülərini MR görüntüləri ilə üst-üstə gətirir.

Normal şəraitdə ultrasəs ilə seçilə bilməyən prostat xərçəngi sahələri bu vasitə ilə görünür hala gəlir. Prostat biopsiyası “təsadüfi deyil”, xüsusilə prostat xərçəngi baxımından riskli sahələrdən alınır.

Bu üsuldə başlıca aqressiv gedişli (sürətlə inkişaf edən) xərçəng olmaqla bütün prostat xərçəngləri daha yüksək nisbətdə müəyyən edilə bilir.

Fuzyon biopsiyanın üstünlükləri

  • Klassik prostat biopsiyası edilən xəstəyə prostat biopsiyasından əvvəl MR çəkilmir. Füzyon prostat biopsiyası etdirən xəstəyə isə prostat biopsiyasından əvvəl multiparametrik prostat MR çəkilir.
  • Klassik biopsiyada adətən xəstə yuxuya salınmadan lokal anesteziya edilir. Füzyon biopsiya adətən xəstə yuxuya salınaraq anesteziya altında aparılır.
  • Klassik biopsiyada xəstə adətən ağrı hiss edir. Füzyon biopsiyada isə xəstə ağrı hiss etmir.
  • Klassik biopsiya edilən xəstələrdə xüsusilə sürətlə yayılan aqressiv prostat xərçəngləri nəzərdən qaçır. Füzyon biopsiya edilən xəstələrdə isə sürətlə yayılan aqressiv prostat xərçəngləri nəzərdən qaçmır.
  • Klassik prostat biopsiyası edilən xəstələrə yanlış müalicə planlaması edilmə ehtimalı mövcuddur. Füzyon biopsiya edilən xəstələrə isə düzgün diaqnoz qoyulduğu üçün düzgün müalicə planlaması edilə bilir.

Prostat Fuzyon biopsiyasının tətbiqi

Biopsiyaya hazırlıq

Prostat füzyon biopsiyasından əvvəl xəstənin MR-ı çəkilir.

Əməliyyat zamanı xəstə anestezi ilə yuxuya salınmış olur. Anesteziyadan 6-8 saat əvvəldən yemək-içmək prosesinin kəsilməsi lazımdır.

Biopsiyadan əvvəl xəstədə müalicə edilməmiş sidik yolu infeksiyası olmadığından əmin olmaq üçün bəzi testlər aparılır.

Biopsiya əməliyyatı rektumdan aparıldığı üçün əvvəlcədən lavman prosesi ilə bağırsaqlar təmizlənir.

Biopsiyadan əvvəl xəstəyə antibiotik verilməsi də tövsiyə edilən prosedurlar arasındadır.

Prostat fuzyon biopsiyası etdirməzdən 1 həftə qədər əvvəl qan durulaşdırıcı dərmanların istifadəsinin məhdudlaşdırılması lazımdır. Bu səbəbdən urologiya mütəxəssisinizə istifadə etdiyiniz dərmanları mütləq bildirməlisiniz.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.

Paylaşmaq :