Testosteron hormonu Əsasən “kişilik hormonu” adlandırılan testosteron (T), həm kişilərdə, həm də qadınlarda müxtəlif fizioloji funksiyalarda mühüm rol oynayır.
Libidonu və əzələ kütləsini tənzimləməkdən tutmuş əhval-ruhiyyəyə və koqnitiv qabiliyyətlərə təsir etməyə qədər testosteron ümumi sağlamlıq və rifahın təməl daşıdır.
Testosteron hormonu nədir?
Testosteron kişilərdə əsas cinsi hormondur və adətən kişi kimi qəbul edilən bir çox fiziki xüsusiyyətlərin inkişafına məsuliyyət daşıyır. Qadınlar bu hormonu çox daha kiçik miqdarda istehsal edirlər.
Androgenlər kimi tanınan hormon sinifinin bir hissəsi olan testosteron, beynin əsasına yaxın bir yerdə yerləşən hipofiz vəzi tərəfindən stimullaşdırıldıqdan sonra xayalar tərəfindən istehsal edilir. Çox az bir hissəsi də böyrəküstü vəzilərdən ifraz olunur.
Digər funksiyalarla yanaşı, testosteron kişinin xayalarına (və ya qadının yumurtalıqlarına) cinsi istək hisslərini hərəkətə gətirən siqnallar göndərir.
Testosteron nə işə yarayır?
Testosteron, cinsi yetkinliyə çatdığı və çoxala bildiyi yeniyetməlik dövründə mühüm rol oynayır. Bunların arasında ən önəmliləri penis və xaya ölçüsünün böyüməsi, tük inkişafı, səsin qalınlaşması, əzələ və sümük güclənməsi, boy uzanması və reproduktiv sağlamlıqdır.
- Penis və xayalar böyüyür
- Üz, qasıq və bədən tükləri inkişaf edir
- Səs qalınlaşır
- Əzələlər və sümüklər güclənir
- Boy uzanır
Testosteron yeniyetməlikdən sonra isə bu bədən funksiyalarının tənzimlənməsinə kömək edir:
- Qırmızı qan hüceyrələrinin istehsalı
- Sümük sıxlığı
- Yağ paylanması
- Əzələ gücü və kütləsi
- Üz və bədən tüklərinin böyüməsi
- Sperma istehsalı
- Cinsi istək
Testosteron hormonu necə artırılır?
Testosteron çatışmazlığında istifadə olunan testosteron dərmanları xaricində təbii yollar ilə də normal testosteron səviyyəsini qorumaq mümkün ola bilər. Diabet xəstələrində aşağı testosterona sahib olma ehtimalı, normal populyasiyaya görə iki qat artır. Bu səbəbdən diabet xəstələrinin daha çox diqqət etmələri lazımdır.
Testosteron hormonunu artırmaq üçün edilməsi lazım olanlar bunlardır:
- Müntəzəm idman etmək (kardio və ağırlıq qaldırma)
- Tarazlı qidalanmaq
- İdeal bədən çəkisinə gəlmək və onu qorumaq
- Müntəzəm və yetərli yuxu düzəninə sahib olmaq
- Siqareti tərgitmək
- Stresdən uzaq durmaq
- İfrat spirtli içki qəbulundan çəkinmək
- Testosteron və digər hormon səviyyələrini normal aralıqda saxlamaq
Total testosteron testi nə üçün aparılır?
Total testosteron testi, bədəndə olan testosteronların hamısını ölçən testdir. Proteinlərə bağlı olan və dövr edən sərbəst testosteron miqdarının cəmini göstərir. Total testosteron testi bu sahədəki ən geniş yayılmış test növüdür.
Bu test, cinsi istək (libido), sümük kütləsi, yağ paylanması, əzələ kütləsi, qırmızı qan hüceyrələrinin və sperma istehsalının tənzimlənməsindən məsul faktorlardan biri olan bədəndəki ümumi testosteron səviyyəsinin ölçülməsini təmin edir.
Testosteron hormonu çatışmazlığı nədir?
Testosteron; əzələ kütləsi, sümük gücü, saç böyüməsi və cinsi funksiya üçün vacibdir. Aşağı testosteron; aşağı enerji, zəif konsentrasiya, depressiya, aşağı libido və erektil disfunksiya kimi simptomlara səbəb ola bilər.
Testosteron çatışmazlığı, aşağı testosteron və bu simptomlardan bir və ya daha çoxuna sahib olma vəziyyətidir. Testosteron çatışmazlığı 50-ci yaşlarında olan kişilərin təxminən 7%-ni təsir edir və yaşla birlikdə görülmə tezliyi artır.
Testosteron çatışmazlığı əlamətləri nələrdir?
Testosteron çatışmazlığı birdən çox şəkildə təsirini göstərə bilər.
Testosteron çatışmazlığının əlamətləri bunlardır:
- Aşağı cinsi istək
- Ereksiya problemləri
- Aşağı sperma sayı
- Yuxu problemləri
- Əzələ ölçüsündə və gücündə azalma
- Sümük itkisi
- Bədən yağlanmasında artış
- Depressiya
- Diqqəti cəmləməkdə çətinlik
Bəzi əlamətlər yaşlanmanın normal bir hissəsi ola bilər. Məsələn, yaşlandıqca seksə daha az maraq göstərmək normaldır. Ancaq, seksə maraq göstərməmək ümumiyyətlə normal deyil.
Testosteron çatışmazlığı simptomları bəzən yüksək təzyiq və ya diabet əlamətləri ilə oxşarlıq göstərə bilər. Bu səbəbdən əlamətlər görüldükdə həkimə müraciət edilməsi lazımdır.
Testosteron çatışmazlığı müalicəsi
Testosteron səviyyənizi yoxlamaq üçün öncə bir qan testi aparılmalıdır. Əlamətlərinizin digər səbəbləri üçün də həkim qiymətləndirməsi lazımdır. Bunlar dərmanların yan təsirlərini, qalxanvari vəzi problemlərini, depressiyanı və şəkər xəstəliyi kimi vəziyyətləri əhatə edir.
Aşağı testosteron vəziyyətində, hormon müalicəsi tətbiq edilə bilər. İstifadə olunan dərman, insan hazırlanmış testosterondur. Bu müalicəyə testosteron əvəzedici müalicə və ya TƏM adı verilir.
TƏM həb, gel, yama bantlar, əzələ içi inyeksiya və ya implant olaraq verilə bilər. Ən geniş istifadə, rahatlığı da nəzərə alındıqda 3 aylıq və ya 6 aylıq depo testosteron inyeksiyaları istifadə edilməkdədir.
Testosteron ilə əlaqədar tez-tez verilən suallar
Testosteron çatışmazlığı sərtləşmə problemlərinə səbəb olur mu?
Testosteron, cinsi istəkdə, ereksiyanın təmin edilməsində və davam etdirilməsində rol oynayır. Ancaq cinsi aktivliyə girən tək faktor bu deyil. Testosteron səviyyələriniz və bunların sərtləşmə problemi üzərindəki təsirinin də doza ilə bir əlaqəsi var görünür.
Bu, testosteron səviyyələriniz çox aşağı olmadıqca, ehtimal ki, aşağı testosteron ilə əlaqədar çox cinsi dəyişiklik görməyəcəyiniz deməkdir. Bəzi kişilər, normal aralığın çox altındakı testosteron səviyyələrinə baxmayaraq sağlam ereksiyaya malikdir.
Aşağı testosteron səviyyələri, Tip 2 diabet, piylənmə və ürək xəstəliyi kimi erektil disfunksiyada rol oynayan eyni xroniki vəziyyətlərlə əlaqəlidir.
Testosteron çatışmazlığı ya da artıqlığı sonsuzluğa səbəb olur mu?
Aşağı testosteron sonsuzluğa səbəb olmur. Sperma istehsalı əslində testosteron xaricindəki hormonlar tərəfindən stimullaşdırılır. Testosteron, sperma istehsalı üçün lazımdır ancaq spermaların istehsal edildiyi xayalardakı səviyyə, qandakından çox daha yüksəkdir.
Aşağı və ya sərhəddə testosteron səviyyələri olan kişilər belə sperma istehsalı üçün yetərli testosteron səviyyələrinə sahib ola bilər.
Testosteron müalicəsində yan təsir olaraq inferilite yəni sonsuzluq görülə bilər. Testosteron müalicəsi, sperma istehsalını stimullaşdırmaq üçün vacib olan başqa bir hormon olan Follikul Stimullaşdırıcı Hormon (FSH) səviyyələrini düşürərək sperma istehsalını azaldır.
Bir çox halda, testosteron müalicəsinin səbəb olduğu sonsuzluq geri döndürülə bilər. Daha qısa müddət testosteron alan kişilər ehtimal ki, daha tez sağalır.
Testosteron əlavəsinin hər hansı bir formasının sperma istehsalı üçün lazım olan normal hormonal tarazlığı poza bilməsinə baxmayaraq, ümumiyyətlə iynələr və tabletlərlə verilən testosteronun sonsuzluğa səbəb olma ehtimalının jellərə görə daha yüksək olduğuna inanılır.
Testosteron çatışmazlığı müalicə sonrası təkrarlanır mı?
Testosteron əvəzedici müalicəsi verilən kişilər üçün adətən müalicə müddəti üç ilə altı ay davam edir. Bəzi kişilərdə yaxşılaşmanı daha tez görmək olar, ancaq əksər kişilər üçün bu tədricən bir prosesdir.
Bununla birlikdə, Avropa Endokrinologiya Jurnalında 2011-ci ildə nəşr olunan araşdırma, testosteron əvəzedici müalicəsinin kişilərin libidosu və depressiya simptomları üzərindəki təsirlərinin üç həftə sonra başlaya biləcəyini irəli sürmüşdür.
Aşağı testosteron müalicəsi, davam edən bir prosesdir və adətən uzunmüddətli olaraq davamlılıq göstərir. Digər bir çox xroniki vəziyyətdə olduğu kimi, müalicə dayandırılsa problem geri dönər, testosteron səviyyəsi də normal səviyyələrin altına düşəcək.
Testosteron çatışmazlığı riski kimlərdə daha yüksəkdir?
Aşağı testosteron səviyyələrinə yol aça biləcək altı başqa risk faktoru vardır. Bu faktorlar bunları əhatə edə bilər:
- Piylənmə
- Tip 2 diabet
- Qaraciyər xəstəliyi (sirroz)
- Böyrək çatışmazlığı
- Hormon pozuqluqları
- Anabolik steroid istifadəsi
Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.