Prostat xərçəngi kişi cinsiyyət sisteminin bir hissəsi olan prostat vəzi hüceyrələrinin anormal və nəzarətsiz çoxalması nəticəsində əmələ gələn bəd xassəli şişlərə deyilir.
Prostat vəzisi sidik kisəsinin altında yerləşən və üretra adı verilən sidik kanalının ətrafını əhatə edən qoz böyüklüyündə bir orqandır.
İnkişaf etmiş ölkələrdə kişilərdə ən çox görülən xərçəng növü prostat xərçəngidir. Erkən dönəmdə simptom verməməsi səbəbiylə gec diaqnoz gec qoyulur.
Bu səbəbdən kişilərin müntəzəm olaraq prostat xərçəngi müayinəsi elətdirməsi erkən diaqnoz üçün önəmlidir.
Çünkü xəstəlik nə qədər erkən mərhələdə müəyyən edilərsə müalicəsi və sağ qalma dərəcəsi o qədər artmaqdadır. Müayinə üçün qan analizində PSA baxılır və analdan prostat müayinəsi edilir.
Prostat xərçəngi əlamətləri
Prostat xərçəngi əlamətləri adətən irəliləyən mərhələlərində görülməyə başlayır. Xəstəlik gizli bir şəkildə irəlilədiyi üçün erkən mərhələdə diaqnoz qoyulması müntəzəm müayinələrlə mümkündür.
Xəstəliyin simptomları xarakteristik deyildir və digər prostat xəstəliklərində də görülə bilər.
Ən sıx görülən simptomları arasında:
– Sidiyə getmədə çətinlik
– Tez tez sidiyə getmə
– Nəcisə getmə əsnasında çətinlik
– Sidik və ya sperm mayesində qan
– Ereksiya problemləri
– Boşalma zamanı ağrı
Bu simptomlar xoşxassəli prostat böyüməsi, prostat iltihabı (prostatit) kimi vəziyyətlərdə də ortaya çıxa bilər və prostat xərçənginin aşkar simptomları deyildir. Bu əlamət və şikayətləri olan on kişidən biri prostat xərçənginə sahibdir.
Bu xəstəlik tez-tez sümüklərə metastaz verdiyinə görə bel, çanaq və ayaqda şiddətli ağrılara səbəb ola bilər.
Prostat xərçəngi səbəbləri nələrdir?
Prostat xərçənginin dəqiq səbəbi bilinməməkdədir. Bununla yanaşı araşdırmalar zamanı bu xərçəng növü üçün bəzi risk faktorları müəyyən edilmişdir.
Prostat xərçəngi, gənəl şəkildə normal prostat hüceyrəsinin DNT sindəki anormal dəyişiklər nəticəsində əmələ gəlir. DNT hüceyrələrimizdəki genləri əmələ gətirən kimyəvi birləşmələrdir.
Genlərimiz hüceyrələrimizin necə işlədiyinə nəzarət edir və bu səbəblə DNT dəki dəyişikliklər hüceyrələrin işləməsinə təsir edir.
Hüceyrələrin böyüməsinə, bölünməsinə və həyatta qalmasına yardımçı olan spesifik genlərə onkogenlər deyilir. Normalda hüceyrə böyüməsini nəzarət altında tutan, DNT dəki xətaları təmir edə bilən və ya hüceyrələrin doğru zamanda öləsini təmin edən genlərə isə şiş basqılayıcı genlər deyilir.
Bəzi onkogenlər və şiş basqılayıcı genlərdəki mutasiyalar prostat xərçəngi əmələ gəlməsi üçün risk faktorudur.
Prostat xərşəngi üçün digər risk faktorları irəli yaş, ailədə prostat yada məmə xərçəngi hekayəsi, kişilik hormonları yüksəkliyi, heyvan mənşəli proteinlər və yağlar baxımından zəngin qidaların çox istifadəsi oturaq həyat tərzi şəklində sıralana bilər.
Xərçəngin mərhələləri
Prostat xərçəngi göstərdiyi yayılma vəziyyətinə görə mərhələlərə ayrılır. Prostat şişinin sidik kisəsi və ya düz bağırsaq kimi ətraf toxumalara yayılıb-yayılmadığı, limfa düyünləri və sümükləri təsir edib-etmədiyi mərhələləndirmədə ən əhəmiyyətli meyarlardır.
Şişin dərəcəsini göstərən Gleason balı və PSA səviyyəsi də prostat xərçəngi mərhələlərini müəyyən etmək üçün vacibdir.
Öz içində 4-ə ayrılan mərhələləri belədir:
Mərhələ 1: Prostat xərçəngi, xərçəngin hələ prostatla məhdud olduğu və digər bölgələrə yayılmadığı deməkdir. 1-ci Mərhələ əlamətləri tez-tez sidiyə getmə ehtiyacı, sidik edərkən çətinlik çəkmə və sidik edərkən ağrı, yanma hissidir. Ancaq prostat xərçəngi hər zaman 1-ci mərhələdə əlamət göstərməyə bilər.
Mərhələ 2: Prostat xərçəngində ikinci mərhələ, xərçəng hüceyrələrinin prostat vəzi ilə məhdud qaldığı lakin yayılma riskinin birinci mərhələyə görə daha yüksək olduğu mərhələsidir.
Mərhələ 3: Xərçəngin lokal olaraq irəliləmiş olduğu mərhələ üçüncü mərhələdir.
Mərhələ 4: Prostat xərçənginin bu mərhələsində xərçəng limfa düyünlərinə və ya bədənin digər bölgələrinə yayılmışdır.

Prostat xərçəngi müalicəsi
Prostat xərçəngi müalicə seçimləri, xərçəngin böyümə sürətinə, yayılmasına və xəstənin ümumi sağlamlıq vəziyyətinə görə dəyişir. Bunlardan əlavə müalicəsin potensial yararlarına və əlavə təsirləri kimi fakorlara da bağlıdır.
Müalicə seçimləri cərrahi, kimyaterpiya, radyoterapiya və hormonal müalicə və ya bunların fərqli kombinasiyları şəklində tətbiq edilir.
Xəstəlik erkən mərhələdə müəyyən edilibsə bir müddət müalicə tətbiq etmədən izləmək məsləhət görülə bilər. Ən geniş yayılmış və effektli müalicə seçimi cərrahidir və adətən prostat tamamilə çıxardılır.
Prostat xərçəngi əməliyyatı
Prostat xərçəngi diaqnozu qoyulduqdan sonra müalicə seçimləri həkim və xəstə arasında müzakirə ediləcəkdir. Hər müalicə seçiminin mümkün riskləri və yan təsirləri və faydaları müqayisə edilərək qərar verilməlidir.

Xərçəng prostat vəzinin xaricinə yayılmadığı hallarda cərrahiyyə ən çox üstünlük verilən müalicə seçimidir.
Prostat xərçəngi üçün əsas cərrahiyyə tipi radikal prostatektomiyadır. Bu əməliyyatda, bütün prostat vəzi və seminal vəziciklər də daxil olmaqla ətrafındakı bəzi toxumalar çıxarılır.
Radikal prostatektomiya üçün açıq və ya laparoskopik metod tətbiq edilə bilər.
Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.