Mikro TESE əməliyyatı eyakulyatında yəni sperm mayesində sperm hüceyrəsi olmayan xəstələrin, mikroskopik əməliyyatla xayalarından alınan toxumadan sperm əldə edilməsidir. Mikro TESE əməliyyatı ümümi anesteziya ilə edilir. Xaya açılaraq sperm kanalları müşahidə edilir və genişlənmiş dolğun sperm kanalları göstərilərək içərisindən sperma əldə edilməyə çalışılır. Bu metod ilə altda olan səbəbə bağlı olaraq azospermik xəstələrin 40-60% ində sperm əldə edilməkdədir.
Əməliyyat sperm tapılana qədər təxminən 2 saat davam edə bilər. Genital bölgəylə əlaqəli əməliyyat olduğu üçün əməliyyatdan sonra xəstədə qanama, infeksiya riski kimi fəsadlar ola bilər. Belə vəziyyətlətdə həkimin məsləhətlərinə əməl edilməlidir.
Mikro TESE əməliyyatı hansı xəstələrə tətbiq edilir?
Hər bir azospermiyası olan xəstə Mikro TESE əməliyyatına namizəddir. Diaqnoz qoyulduqdan sonra ilk edilməsi gərəkən genetik araşdırmadır. Kişiliyi müəyyən edən Y xromosomu dəyərləndirilməlidir. Y xromosomu üzərində sperm əmələ gəlməsinə nəzarət edən AZF bölgəsi və bunun a,b,c alt bölgələri vardır. Bu bölgələrin qismi və ya tam çatışmazlıqlarında sperm əmələ gəlməsində dəyişik dərəcədə problemlər ortaya çıxa bilər. AZF A bölgəsinin tam çatışmazlığında, AZF B bölgəsinin tam çatışmazlığında və ya hər 3 bölgənin tam çatışmazlığında sperm əmələ gəlməsi mümkün deyildir. Dolayısı ilə bu xəstələrə Mikro TESE əməliyyatı tətbiq edilməməkdədir. Bunun xaricində hər xəstədə Mikro TESE ilə sperm əldə etmək şansı vardır.
Mikro Tese əməliyyatı necə edilir?
Mikro TESE əməliyyatı tək-tək kanalların araşdırılması lazım olduğu üçün 2-2,5 saat davam edə bilər. Əməliyyatın uzunluğu səbəbiylə yerli anesteziya əvəzinə ümumi anesteziya seçilir. Cərrahi əməliyyat zamanı mikroskop istifadə edilir. Xaya tamam açıldıqdan sonra sperm kanalları 20-25 dəfə böyüdyülüb baxılır. Bu sayədə sperm kanalı daha aydın, canlı və dolğun görülməkdədir. Eyni vaxtda qan damarlarıda daha aydın izləndiyi üçün xayanın qanlanmasını da pozmadan cərrahi əməliyyat edilə bilir.
Mikro TESE əməliyyatı olunacaq xəstələr nələrə diqqət etməlidir?
Mikro TESE əməliyatında cərrahi metodla xayadan birbaşa sperm axtarışı ediləcəyi üçün hər hansı bir pəhrizə gərək yoxdur. Nadirən də olsa bəzi xəstələrdə sperm mayesi içərisində az sayda sperm çıxabilməkdədir. Bu cür xəstələrdə əvvəl sperm mayesinə baxılır daha sonra lazım olarsa Mikro TESE əməliyyatına gedilir. Sadəcə bu tip xəstələrdə cinsi pəhriz məsləhət görülür. Ancaq tam azospermiyası olan xəstələrdə cinsi pəhrizə gərək yoxdur.
Digər tərəfdən cərrahi bir müdaxilə olduğu üçün qan durulaşdırıcı dərmanlardan istifadə edən xəstələr əməliyyatdan 1 həftə əvvəl dərmanları kəsməlidir. Diyabet, hipertenziya kimi sistemik xəstəliyi olanların xəstəliklərinə nəzarət edilməlidir.
Mikro TESE əməliyyatı birdən çox edilə bilərmi?
Sperm əldə edilən xəstədə ikinci əməliyyatla 85-90% ehtimalla sperm əldə etmək mümkündür. Ancaq, altda yatan səbəbə bağlı ilk əməliyyatda sperm əldə edilsə də ikinci əməliyyatla 10-15% halda təkrari əməliyyatda sperm əldə edilməyə bilər. İlk Mikro TESE-də sperm əldə edilməyən xəstələrdə ikinci bir Mikro TESE-də sperm əldə etmək ehtimalı 20-30% -dir.
Nə zaman ikinci Mikro TESE əməliyatı edilə bilər?
İlk Mikro TESE əməliyyatında əldə edilən sper keyfiyyət və miqdarı yeterlidirsə bu spermlərin dondurulmasına üstünlük verilir. Sonrakı tətbiq etmələrdə cərrahi müdaxilədən qaçmaq üçün bu spermlərin istifadə edilməsinə ğncəlik verilir. Amma sperm keyfiyyəti və miqdarı yetərsizdirsə və ya dondurulacaq miqdarda sper əldə edilmədisə ikinci Mikro TESE tətbiq edilməsi gərəkir.
Digər tərəfdə dondurulan toxuma əridildikdə hər zaman sperm əldə etmək mümkün olmaya bilər. Bu vaxt 30-40 % ölçüdə sperm itkisi ola bilər. Bu vəziyyətdə də ikinci Mikro TESE tətbiq etmək gərəkə bilər.
Təkrari Mikro TESE əməliyyatı ediləcəksə iki əməliyyat arasında ən az 6 ay olmalıdır. Bu əməliyyat sperm əldə edilə bilənə qədər tətbiq edilə bilər. Amma unutulmamalıdır ki bu cərrahi əməliyyatdır və hər dəfəsində xayaya cərrahi müdaxilə olunur.
Mikro TESE əməliyyatının riskləri varmı?
Standart cərrahi əməliyyatlarda görülən infeksiya, ağrı, qanama kimi risklər ola bilər.
Bunların qarşısını almaq üçün;
– Əməliyyat zamanı qanamaya nəzarət edilməli
– Əməliyyatdan sonrasında 24 saat qanama yerinə buz qoyulmalı
– Xəstə erkən dönəmdə hərəkət etməməli
– Xayaların yuxarıda tutulması
– Sıx alt paltarı geyinməli
– Antibiyotik istifadə edilməsi kimi tətdbirlər görülməlidir.
Sperm və hormon əmələ gətirən xayaya edilən cərrahi əməliyyatlarda qanlanma və toxuma zədələnməsinə bağlı olaraq hormon əmələ gəlməsinə təsir etməsi mümkündür. Kişilik hormonu olaraq bilinən testesteron azalması ola bilər.Ancaq bu vəziyyət 6-8 həftə içərisində düzəlməkdə və testesteronun ölçüsü normal miqdarına qayıtmağa başlamaqdadır.
Mikro TESE əməliyyatının uğurlu olma şansı nə qədərdir?
Əməliyyatın olunduğu mərkəzə və azospermiya xəstəsinin sperminin keyfiyyətinə görə uğurlu olma dərəcəsi dəyişməkdədir. Sperm keyfiyyət və tərkibinə bağlı olaraq keyfiyyəti pis olan spermlə edilən əməliiyatda uğurlu alinma dərəcəsi aşağıdır. Mikro TESE əməliyyatı ilə sperm tapılmayan xəstələrin başqa müalicə növü yoxdur hal-hazırda.