Böyrək daşlarından özümüzü necə qoruyaq?
Böyrək daşları mütləq müalicə olunmalıdır. Kişilərin 12%-i, qadınların isə 6%-də rast gəlinən böyrək daşları şiddətli ağrılara səbəb olur.
Böyrək daşı nədir? Qarşısını necə alaq?
Böyrək daşı adətən qanın təmizlənməsi zamanı minerallar və duzlardan ibarət sərt çöküntülərdən yaranır. Böyrək litiazı və ya nefrolitiaz adlanan böyrək daşları tək və ya hər iki böyrəkdə yarana bilər.
Böyrək daşının lazerlə parçalanması (Flexible URS əməliyyatı)
Flexible Urs kəsiksiz qapalı cərrahiyyə üsuludur. Bu üsul ilə sidik yollarından üreterorenoskop vasitəsilə böyrəyə daxil olunaraq daş lazerlə parçalanır.