Prostat əməliyyatı sonrası cinsi zəiflik

Məqalədə olanlar

Prostat əməliyyatı sonrası cinsi zəiflik olurmu sualı pasientlər tərəfindən ən çox verilən suallardan biridir.

Burada prostat əməliyyatının hansı olduğu əhəmiyyətlidir. Xoş xassəli prostat əməliyyatlarının demək olar ki heç biri cinsi zəiflik yaratmaz. Xüsusilə lazer qapalı yollarla icra edilən əməliyyatlar cinsi zəiflik yaratmır.

Lakin prostat xərçəngi əməliyyatından sonra çox zaman cinsi zəiflik yaranır. Burada önəmli olan xərçəngin ölçüsü və mərhələsidir. Əməliyyat zamanı sinirlərin qorunub qorunmamasıdır.

Siniri qorunan xəstələrin böyük əksəriyyətində cinsi zəiflik müşahidə olunmur. Lakin siniri qorunmayan xəstələrdə cins zəiflik olur.

Prostat əməliyyatında sonra cinsi həyat

Prostat əməliyyatından bir müddət sonra kişilərdə bəzi cinsi problemlər yarana bilər. Lakin bu problemlərin müalicə edilə bilən məsələlər olduğunu qeyd etmək lazımdır.

Əməliyyatın vəziyyətinə və uğuruna görə qasıq bölgəsindəki sinirlərdə zədələnmənin olub-olmaması və xəstənin ümumi sağlamlıq durumu cinsi həyata təsir göstərir.

Prostat əməliyyatından sonra cinsi həyatın bitəcəyi qorxusu çox yayılmışdır, lakin bu tamamilə yanlış düşüncədir.

Uğurla keçən əməliyyatlardan sonra müalicə edilə bilən bəzi problemlər müşahidə olunsa da, cinsi həyatın tamamilə sona çatacağı məlumatı yanlış məlumatdır.

Əməliyyatdan sonra yaranan bəzi problemlər

Sərtləşmə pozğunluğu

Prostat əməliyyatı zamanı, prostatın ətrafındakı sinirlərin zədələnməsi səbəbindən bəzi xəstələrdə sərtləşmə problemi yarana bilər. Bu problemin müalicəsi mümkündür. Texnoloji inkişaflarla birlikdə cərrahi əməliyyatların uğur nisbəti artır və sərtləşmə pozğunluğu probleminin görülmə tezliyi azalır.

Geri boşalma

Bu vəziyyətdə kişi cinsi əlaqə zamanı boşaldıqda xaricə atılmır, sidik kisəsinə geri gedir və sidik yolu ilə sidik kisəsindən xaric olur. Prostat əməliyyatından sonra kişilərdə sperma keyfiyyətində azalma müşahidə olunmur.

Lakin bu geri boşalma vəziyyəti davam edirsə, uşaq sahibi olmaq istəyən cütlüklər süni mayalanma üsuluna müraciət edə bilərlər. Retroqrad Eyakulyasiya və ya quru boşalma kimi də tanınan bu vəziyyətdə şəxsin orqazm olması əngəllənmir.

Prostat əməliyyatından sonra cinsi həyat problemləri haqqında qorxuya qapılmamalı və mütləq həkiminizə bu düşüncələriniz və narahatlıqlarınız barədə danışmalısınız.

Ümumi sağlamlıq vəziyyətinizi yoxlayacaq həkiminiz sizə ən doğru məlumatı verəcəkdir.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.