Prostat üçün faydalı qidalar

Məqalədə olanlar

Prostat sağlamlığı ümumi sağlamlıq vəziyyətinə və həyat keyfiyyətinə birbaşa təsir edən bir vəziyyətdir. Yaş artdıqca prostatın böyüməsi və ya sağlam olmayan həyat tərzi səbəbindən prostatın xəstələnməsi tez-tez rast gəlinən hallardır.

Prostatda xoşxassəli və ya bədxassəli şişlər yarana bilər. Bədxassəli şişlərə prostat xərçəngi deyirik. Prostat sağlamlığını bəzi qidalarla dəstəkləmək mümkündür.

Prostat sağlamlığınızı qorumağa kömək etmək məqsədilə prostata faydalı olan qidaların siyahısını hazırladıq.

Prostata faydalı olan qidalar

Su: Əslində hər şeyin başı sudur. Gündə 1.5 və ya 2 litr su qəbul etməyə diqqət yetirmək lazımdır.

Gicitkən Bitkisi: Prostat vəzinin böyüməsinin simptomlarını azaldır. Hətta təbii sidikqovucudur. Bir stəkan isti suya 1 çay qaşığı qurudulmuş gicitkən yarpağı əlavə edin. 10 dəqiqə dəmlənməsini gözləyin və süzün.

Bu hazırladığınız çaydan gündə iki və ya üç dəfə için. Gicitkən əlavəsi qəbul edə bilərsiniz. Gicitkən əlavəsinin uyğun dozası 300 mq-dır. Lakin sizə ən doğru dozanı müəyyən etmək üçün həkiminizlə məsləhətləşməyiniz lazımdır.

Qarğıdalı Saçağı: Eynilə gicitkən bitkisi kimi təbii sidikqovucudur. Prostat böyüməsinin əlamətlərini aradan qaldırır. 4 stəkan suyun içərisinə 6 ədəd təzə qarğıdalı saçağı qoya bilərsiniz. Hazırladığınız bu qarışımı on dəqiqə ərzində qızdırıb gündə 3 dəfə içə bilərsiniz.

Başqa bir seçim isə 1 stəkan suya 15 damcı qarğıdalı saçağı suyu damızdırmaqdır. Bu suyu gündəlik olaraq içə bilərsiniz.

Alma Sirkəsi: Alma sirkəsi şişmiş prostat vəzilərini kiçiltməyə və sıxlaşdırmağa xidmət edir. Sidik yolu infeksiyası kimi xəstəliklərin qarşısını almağa kömək edir. Həmçinin çəki verməyi də sürətləndirir.

Bir stəkan ilıq suya 1 xörək qaşığı alma sirkəsi və bir xörək qaşığı da bal qatıb bu sudan gündə 2 dəfə içə bilər və ya vannaya isti su doldurduqdan sonra içərisinə bir fincan alma sirkəsi əlavə edə bilərsiniz. Həftədə bir neçə dəfə 15 dəqiqə qədər o suyun içərisində dincələ bilərsiniz.

Balqabaq Toxumu: Balqabaq toxumu prostatın ölçüsünü kiçildərək böyüməni əngəlləyir. Gündə 1 ovuc balqabaq toxumu istehlak edərək bu xəstəlikdən qoruna bilərsiniz.

Başqa bir seçim olaraq böyük bir fincana bir ovuc əzilmiş təzə balqabaq toxumu qoyun. Sonra üzərinə qaynanmış su tökün. Qarışım soyuduqdan sonra süzün. Bu çayı həftədə bir dəfə içə bilərsiniz.

Prostata xəstəliklərinə qarşı mübarizə aparan qidalar

Yerkökü, Pomidor və Qreypfrut: Bu qidaların xərçəngli hüceyrələri 18 faiz nisbətində azaltdığı müşahidə edilmişdir. Həmçinin pomidorda bol olan likopen xərçəngin qarşısını alan xüsusiyyəti ilə tanınır.

Tam Taxıllar: Protein tərkibli kəpəkli taxıllar prostat xərçənginə tutulmuş xəstələrdə şişin böyüməsinə təsir edir. Taxıllı qidalar xəstəni qəbizlikdən də qoruyur. Qəbizlik xüsusilə bu dövrdə qorunması lazım olan bir vəziyyətdir. Çünki sidik çıxışını çətinləşdirir.

Selen: Meyvə, tərəvəz, yumurta, sarımsaq və dəniz məhsulları kimi qidalarda selen səviyyəsi yüksəkdir. Bir araşdırmanın nəticəsinə görə bu qidalar prostat xərçəngini 50 faiz nisbətində azaldır.

Fındıq, Badam və Qoz Kimi Yağlı Toxumlar: Gündəlik qidalanma prosesində bu toxumların təxminən 30 qram qədər istehlak edilməsində fayda vardır.

Meyvələr: Antioksidantlar baxımından zəngin meyvələr prostat xərçəngi üçün vacibdir. Bu meyvələr; çiyələk, gilas, portağal, qreypfrut, manqo, papaya, yemiş, kivi, gavalı, üzüm və qarpızdır.

Prostat müalicəsində bitki dəstəkləyiciləri

Bunların yanı sıra tarazlı və müntəzəm qidalanma da vacibdir. Tarazlı və müntəzəm qidalanan fərdin immun sistemi də güclü olur. Prostat xərçəngi xəstənin bədəni sidik yolları infeksiyası kimi bir çox xəstəliyə daha meyillidir. İmmun sistemi gücləndikcə bu risk azalır.

Bunlara əlavə olaraq prostat xərçəngi xəstələrinin bunlara da diqqət etməsi lazımdır:

  • Sidiyiniz gəldiyi zaman dərhal tualetə gedin.
  • Müntəzəm tualetə getməyi bir vərdiş halına gətirin.
  • Birdəfəyə çox miqdar maye qəbul etməyin.
  • Həkiminizə məsləhətləşmədən reseptsiz dərman istifadə etməyin.
  • Soyuq havalarda özünüzə diqqət edin. Sizi isti saxlayacaq geyimlər seçin.

Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.