Varikosel

Varikosel nədir?
Varikoselin simptomları hansılardır?
Varikosel əmələ gəlməsində risk faktorları hansılardır?
Varikosel hansı xayada daha çox görülür? İki tərəfli (bilateral) ola bilərmi?
Varikosel diaqnozu necə qoyulur?
Varikosel hansı hallarda əməliyyat olunmalıdır?
Varikosel hansı hallarda əməliyyat olunmamalıdır?
Varikosel əməliyyatı necə icra olunur?
Varikosel əməliyyatının riskləri nələrdir ?
Varikoselin əməliyyatdan başqa müalicə metodu varmı ?
Varikosel əməliyyatı sonrası sağalma müddəti nə qədərdir və varikosel təkrarlaya bilərmi ?
Varikosel əməliyyatı sonrasında spermlərdə düzəlmə nə qədər müddət sonra baş verir? Nə vaxt spermioqram baxılmalıdır?
Varikosel nədir?
Varikosel xayalardan çıxan çirkli qanı daşıyan damarların (venaların) gənişlənməsidir. İnsanlarda (xüsusən qadınlarda) ayaqlarda əmələ gələn varislərin xayalardakı bənzəridir. Varikosel xayadakı çirkli qanı ağciyərə daşıyan venaların içərisindəki qapaqcıqların düzgün işləməməsi səbəbiylə əmələ gəlir. Ağciyərə getməli olan bu çirkli qan xaya çevrəsindəki venaları şişirərək varikoselə səbəb olur.
Bütün kişilərin təqribən 15%-də, sonsuzluq səbəbiylə həkimə müraciət ədən xəstələrdə (birincili sonsuzluqda) 30-35 %- də rastlanılır. İkincili sonsuzluq olan xəstələrin (ilk övladı olub, ikinci və ya üçüncü övladı olmayan) isə 65%-ə yaxınında rastlanılır.
Xayanın temperaturunun artması , çirkli qanın içərisindəki toksik maddələr və xayanın qan axımının düzgün olmaması kimi səbəblər xayanın normal işləyişinə təsir edərək, sperm və testosteron əmələ gəlməsinin pozulmasında əsas rol oynadığı düşünülür.
Varikoselin simptomları hansılardır?
Varikoselin simptomları xəstəliyin diaqnozu və müalicəsi üçün əhəmiyyətlidir.
- Xaya ətrafındakı damarların şiş, qabarıq olması
- Diskomfort hissi
- Ağrı
- Tərləmə və istilik artışı hissi
- Sonsuzluq
- Nadirən irəli mərhələlərdə varikoselin olduğu xaya kiçilə də bilir.
Varikosel əmələ gəlməsində risk faktorları hansılardır?
Varikoselin dəqiq səbəbi bilinmir. Ancaq bəzi risk qrupunda olan kişilərdə varikosel ehtimalı artmışdır :
- Ciddi ağırlıq qaldıraraq idman edilməsi
- Xroniki astma, öskürək və xroniki qəbizlik kimi qarın içi təzyiqin artdığı xəstəliklər
- Artıq çəkili olmaq
- Gün ərzində uzun müddət ayaq üstə qalmalı olan məsləklərdə – Polis, müəllim, cərrah və s.
Varikosel hansı xayada daha çox görülür? İki tərəfli (bilateral) ola bilərmi?
Varikosel 90% sadəcə sol tərəfdə görülərkən, təqribən 8% də iki tərəfli olaraq izlənilir. Nadirən (1-2 %) sadəcə sağ tərəfli olaraq da görülə bilər. İki tərəfli və ya sadəcə sağ tərəfli izlənilən xəstələrdə qarın ultrasəs muayinəsi də məsləhət görülür. Çünki, bu xəstələrin bir hissəsində qarın içərisində törəmə səbəbiylə xayada varikosel əmələ gəlir.
Sol tərəfdə daha çox görülməsinin bir necə səbəbi vardır.
- Sol xayanın sağa görə bir miqdar aşağıda yerləşməsi
- Sol xaya venasının sağa görə daha uzun məsafə qət etməsi
- Sol xaya venasının böyrək venasına 90 dərəcəli bucaq altında boşalması, sağ xaya venası isə aşağı boş venaya ( vena cava inferior) boşalır.
Varikosel diaqnozu necə qoyulur?
Varikosel diaqnozunda qızıl standart təcrübəli urologiya mütəxəssisinin müayinəsidir. Müayinə mütləq ayaq üstə olunmalıdır. Fiziki muayinə ən əhəmiyyətli muayinə metodudur. Varikosel dərəcələndirməsi aşağıdakı kimidir :
- Subklinik: istirahətdə və ya valsalva manevrası ilə muayinədə aşkarlanmayıb sadəcə doppler ultrasəs muayinəsi kimi yardımcı metodlarla varikoselin aşkarlanması
- Gradə 1 : Ən yüngül dərəcədir. Ayaqüstə öskürmək vəya gücəndirilərək qarın içi təzyiqi artıran manevralarla (valsalva manevrası) ələ gəlməsi.
- Gradə 2 : Qarın içi təzyiqi artırmadan əl ilə muayinədə varikoselin hissədilməsi
- Gradə 3 : Ən ağır dərəcədir. Ayaqüstə gözlə də görülə bilən damarların olması
Əgər muayinə zamanı şübhə olarsa, xayada əlavə patologiyalar düşünülərsə xayanın doppler ultrasəs muayinəsinə ehtiyac ola bilər. Doppler ultrasəs zamanı xaya ölçüləri dəqiqləşdirilir. Varikoselin olduğu xayanın həcmində kiçilmə, damarın radiusu, qanın geri qayıdıb qayıtmaması aydınlaşdırılır. Sadəcə sağ tərəfli və ya iki tərəfli varikoseli olan xəstələrdə isə qarın ultrasəs muayinəsi məsləhətdir.
Varikosel hansı hallarda əməliyyat olunmalıdır?
- Spermiogram analizində anormal göstəriciləri olan xəstələr
- Evli olub həyat yoldaşında hamiləliyin qarşısını alan xəstəlik olmaması
- Varikosel olan xayanın digərinə görə kiçik olması
Non obstruktiv – tıxayıcı olmayan Azospermiyası (spermiogramda sperm olmaması) olan xəstələrdə olan varikosel əməliyyat olunduğu zaman sperm analizində düzəlmə ola bilər.
Varikosel hansı hallarda əməliyyat olunmamalıdır?
- Spermiogramı normal olan xəstələrdə varikoseli əməliyyat etmək hamiləlik ehtimalını artırmır. Bu səbəblə normal spermiogramlı xəstələr qətiyyən əməliyyat olunmamalıdır.
- Subklinik varikoseli olan xəstələrin əməliyyat olunması məsləhət deyildir.
- Sadəcə xayada ağrı səbəbiylə varikosel əməliyyatına göstəriş yoxdur.
Varikosel əməliyyatı necə icra olunur?
Varikosel əməliyyatının qızıl standardı mikrocərrahiyyə metodu ilə icra olunmasıdır. Aşağı qasıq nahiyyəsində 2cm’lik bir kəsikdən girilərək xayanın damarları ortaya çıxarılır və mikroskop altında genişlənmiş venalar digər damarlardan ayrılaraq bağlanılır. Bu əməliyyat tək tərəfli olaraq təqribən 20-30 dəq müddətində icra olunur.
Varikosel əməliyyatının riskləri nələrdir ? Mikroskopik Varikoselektomiyanın üstünlükleri nelerdir?
Varikosel əməliyyatı mikrocərrahiyyə üzrə ixtisaslaşmış təcrübəli həkimlərcə mikroksopik olaraq icra olunduğu zaman fəsadların əmələ gəlmə ehtimalı çox nadirdir. Ən əhəmiyyətli risk xayanın təmiz qanını gətirən damarların – arteriyanın bağlanması zamanı xayanın qanlanması pozulur və kiçilməyə başlayır. Mikrocərrahiyə ilə xayanın təmiz qanını gətirən və çirkli qanını aparan damarların ayırd edilməsi daha rahatdır. Hidrosel – yəni xaya ətrafında maye yığılması varikosel əməliyyatından sonra görülə bilər. Bu risklər əməliyyat mikroskopik olaraq icra olunduğunda tamamilə az ehtimaldır. Bunlardan başqa yara yeri infeksiyası, qanama kimi fəsadlar da bu əməliyyat sonrası nadirdir.
Varikoselin əməliyyatdan başqa müalicə metodu varmı ?
Varikosel embolizasiyası : Qasıqdan girişimsəl radyoloqlar tərəfindən girilərək, xayanın genişlənmiş venaları içərisinə tıxayıcı maddə sıxılır. Ancaq bu metodla, tıxayıcı maddənin yer dəyişdirərək başqa yerlərə getməsi, zaman keçdikcə təsirinin itməsi, ağrı və allerjik reaksiyalar verməsi kimi yan təsirlər görülə bilər. Bu səbəblə bəynəlxalq məcmualarda da məsləhət görülmür.
Mikrocərrahiyyədən başqa da icra olunan cərrahi metodlar vardır. Qasıq nahiyəsindən, yuxarı qasıq nahiyəsindən və laparoskopik olaraq icra oluna bilər. Amma fəsadların ən az olması və başarı ehtimalının ən yüksək olması səbəbiylə aşağı qasıq nahiyəsindən mikroskopik olaraq icra olunması qızıl standarddır.
Varikosel əməliyyatı sonrası sağalma müddəti nə qədərdir və varikosel təkrarlaya bilərmi ?
Mikrocərrahiyyə ilə əməliyyat sonrası xəstə eyni gün evə yazılır. 2-3 gün sonra normal həyatına , 7-10 gün sonra iş həyatına qayıda bilər. Cinsi əlaqə üçün 2 həftə, ağır qaldırmaq, ciddi fiziki idmanlar kimi fəaliyyətləri icra etmək üçün 3-6 həftə gözlənilməlidir.
Varikoselin fərqli müalicə metodlarında tərkrarlama ehtimalı fərqli olsa da mikrocərrahiyyə icra olunan xəstələrdə varikoselin təkrarlanması ehtimalı sıfıra yaxındır. Mikroskopsuz icra olunarsa 15% -ə yaxın xəstədə varikosel təkrarlanır.
Varikosel əməliyyatı sonrasında spermlərdə düzəlmə nə qədər müddət sonra baş verir? Nə vaxt spermioqram baxılmalıdır?
Düzgün xəstə seçimi olduğu zaman xəstələrin təqribən 70%-də əməliyyat sonrası spermioqramda düzəlmə baş verir. 30% xəstədə varikoselektomiya əməliyyatından sonra spermioqramda düzəlmə olmur, 1%-dən daha az ehtimalla sperm nəticələri əməliyyatdan əvvəlkinə görə daha da pisləşir. Nadir görülən bu vəziyyət daha çox iki tərəfli varikoselektomi xəstələrində rastlanılır.
Varikosel əməliyyatının spermioqram üzərindəki təsirini bilmək üçün spermlərin əmələ gəlmə müddəti bilinməlidir. Yəni spermin əmələ gəlmə müddəti ortalama 72 gündür. Bu səbəblə daha tez baxılan spermioqramda dəyişiklik gözlənilməməlidir. Ən yaxşı nəticə 6cı ayda baxılan spermioqramda görülür. 6cı aydakı sperm analizində düzəlmə yoxdursa, bu xəstə əməliyyatdan fayda görməmişdir və alternativ metodlar başlanılmalıdır. 6cı ayda nəticələrində düzəlmə olan xəstələrdə isə ən yaxşı spermioqrama 9-12ci aylarda rastlanılır. Bu vaxta qədər gözlənilməlidir.
