Sidik kisəsi daşı

07 İyun 2020

 

Sidik kisəsi daşı nədir?

Sidik kisəsi daşının əmələ gəlmə səbəbi nədir?

Sidik kisəsi daşının simptomları nələrdir?

Sidik kisəsi daşının diaqnozunda hansı metodlardan istifadə olunur ?

Sidik kisəsi daşı necə mualicə olunur?

Sidik kisəsi daşı təkrarlaya bilərmi?

 

 

Sidik kisəsi daşı nədir?

 

Sidik kisəsi böyrəklərdə əmələ gələn sidiyin saxlanıldığı və bəlli bir həcm əmələ gəldikdən sonra sidik kanalı vasitəsi ilə sidiyin xaric olunmasını icra edən bir orqandır. Bu orqanda görülən daşlar sidik kisəsi daşları adlanır.

 

Sidik kisəsi daşının əmələ gəlmə səbəbi nədir?

 

Bu xəstəlikdə xalq arasında səhv bilinən inanış hər zaman daşın böyrəkdə əmələ gəlib sidik kisəsinə düşməsidir. Sidik kisəsi daşlarının 90%-dən çoxu sidik kisəsində əmələ gələn daşlardır. Böyrəkdə əmələ gələn daşlar sidik axarı vasitəsi ilə sidik kisəsinə, sonra da sidik kanalı ilə vücuddan xaric olunur. Sidik kanalının genişliyi sidik axarından daha geniş olduğu üçün normal insanlarda böyrəkdən sidik kisəsinə düşən daşlar vücuddan xaric edilə bilir.

 

Sidik kisəsi daşlarının başlıca səbəblərindən biri sidik kisəsinin tam boşalmayıb qalıq sidik qalmasıdır. Bu prostat xərçəngi, prostat adenoması və sidik kanalında darlıq ola biləcəyi kimi, sidik kisəsinin atoniyasına səbəb olan xəstəliklərə (Spina bifida, Dağınıq skleroz, kontrolsüz diyabet xəstəliyi və s. ) bağlı da ola bilər. Bu hallarda sidik xaric olunduqdan sonra bir miqdar sidik kisədə qalır və artıq maddələr çökərək birləşir, daş əmələ gətirir.

 

Bəzən sidik kisəsində olan infeksiyalar da daş əmələ gəlməsində rol oynayır.

 

Sidik kisəsində xarici cisimlərin olması da daş səbəblərindəndir. Əməliyyatlardan sonra istifadə olunan kateterlərin qalıntıları, sidik kisəsindən keçilmiş saplar, böyrəyə  taxılmış və çıxarılmayan  stentlər sidik kisəsində qalaraq daş əmələ gəlməsi üçün şərait hazırlayır.

 

Cinsiyyət də sidik kisəsi daşı üçün risk faktorudur. Kişilərdə qadınlara görə daha çox görülür. Bunun başlıca səbəbi isə kişilərdə sidik kanalının qadınlara görə daha dar olmasıdır.

 

Sidik kisəsi daşının simptomları nələrdir?

 

Sidik kisəsi daşı hər xəstədə əyni simptomu göstərməyə bilər, hətta bəzi xəstlərdə heç bir simptoma rastlanılmır. Ən çox görülən simptomlar :

 

  • Sidiyə çıxarkən yanma, göynəmə və ağrı hissi
  • Sidikdə açıq və ya tünd rəngdə qanaxma görülməsi
  • Sidiyə çıxarkən çətinlik, sidiyin təzyiqinin azalması
  • Tez – tez təkrarlayan sidik yolu infeksiyaları
  • Kişilərdə xaya və penis nahiyəsində ağrı
  • Qadınlarda vajina nahiyəsində ağrı
  • Tez – tez sidiyə çıxma
  • Normaldan daha tünd və pis iyli sidiyə çıxmaq
  • İnfeksiya olduğu zaman temperatur

 

Sidik kisəsi daşının diaqnozunda hansı metodlardan istifadə olunur ?

 

Xəstələr uroloqa muayinə zamanı xəstənin şikayətləri və fiziki muayinəsinə görə hansı analizlər və görüntüləmə metodlarından istifadə olunacağına qərar vərilir. Sidik və qan analizlərində sidik yolu infeksiyası, qanama və digər göstəricilərə baxılır. Olunan ultrasəs muayinəsində sidik kisəsində daş, prostat ölçüləri, böyrəklərdə daş olub olmadığı aydınlaşdırılır. Sidik kisəsinin daşı olduğu dəqiqləşdirildikdən sonra buna səbəb olan xəstəlik üçün hansı muayinə metoduna baxılacağına qərar vərilir. ( MRT, KT, digər qan analizləri və s. )

 

Sidik kisəsi daşı necə mualicə olunur?

 

Sidik kisəsi daşının müalicəsində ən əhəmiyyətlisi daşı əmələ gətirən səbəbin aydınlaşdırılmasıdır. Daşın ən çox görülmə səbəbi prostat böyüməsi, xərçəngi və kanal darlığı olduğu üçün əməliyyat zamanı daş səbəbi də düzəldilməlidir.

 

Daş əməliyyatı əsas 3 növ icra olunur, kiçik daşlar heç bir kəsik icra olunmadan sidik kanalından kamera vasitəsi ilə görülərək lazerlə parçalanaraq çıxarılır.

 

Böyük daşlarda isə cild üzərində 1 cm kəsik icra olunaraq kamera vasitəsi ilə sidik kisəsinə girilir, qırıcı ilə daşlar qırılır və toplanılır.

 

Prostat xəstəliyinə görə açıq əməliyyat icra olunacaq xəstələrdə isə açıq əməliyyat zamanı daşlar da götürülür.

 

Sidik kisəsində xarici cisim, sap, və digər səbəblərə görə əmələ gələn daşlarda da xarici cisimlər də yuxarıda sadaladığımız metodlarla götürülür.

 

Neyrogen sidik kisəsinə bağlı olaraq qalıq sidik olan xəstələrdə daş əməliyyat ilə xaric edildikdən sonra təmiz aralıqlı kateterizasiya və digər metodlarla qalıq sidik aradan qaldırılmalıdır.

 

Sidik kisəsi daşı təkrarlaya bilərmi ?

 

Daşı əmələ gətirən səbəb düzəldilməz və əməliyyatla sadəcə sidik kisəsindəki daş xaric edilərsə təkrarlama ehtimalı yüksəkdir. Prostat xəstəliyi, darlıq və s. kimi əməliyyatla düzəldiləcək xəstəliklər sidik kisəsi daşı ilə eyni zamanda əməliyyat olunmalı, həm daş həm də altda yatan səbəb aradan qaldırılmalıdır. Dərman vəya kateterlə müalicə olunacaq səbəblər isə daş əməliyyat ilə xaric olunduqdan sonra gecikmədən başlanılmalıdır.

Müəllif

Uzm. Dr. Emin Məmmədov

Uroloq androloq

Uroloq androloq Dr. Emin Məmmədov Urologiya və Andrologiya sahələri üzrə bütün növ patalogiyaların ən müasir tibbi protokollarla cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.
Bu yazını yaxınlarınızla paylaşın
Digər əməliyyatlarımız