Böyrək daşı xəstəliyi

07 İyun 2020
  • Böyrək daşı nədir?

  • Böyrək daşının simptomları nələrdir?

  • Böyrək daşı niyə əmələ gəlir? Daş əmələ gəlmə riskini artıran səbəblər nələrdir?

  • Böyrək daşı növləri hansılardır?

  • Böyrək daşı üçün hansı ixtisas həkiminə müraciət edilməlidir?

  • Böyrək daşı diaqnozu

  • Böyrək daşı müalicəsi

  • Böyrək daşının əmələ gəlməsinin qarşısını almaq üçün nələr olunmalıdır ?

  • Böyrək daşı olanlar nəcə qidalanmalıdırlar?

  • Böyrəkləri qoruyacaq qidalar hansılardır?

  • Məndə böyrək daşı varsa övladlarımda da daş əmələ gələcəkmi?

  • Böyrək daşı böyrəklərimə zərər vərərmi?

  • Böyrək daşına hansı hallarda əməliyyat lazımdır?

 

Böyrək daşı nədir?

 

Onurğa sütunun hər iki tərəfində lobyaya bənzər şəkildə olan böyrəklər artıq maddələri qandan uzaqlaşdırmaqla vəzifəlidirlər. Təmizlənən qan daha sonra vücuda geri qaytarılarkən, artıq maddələr sidik yolu ilə xaric edilir.

 

Qanın təmizlənməsi zamanı mineral və duzlardan əmələ gələn sərt çöküntülər böyrək daşını əmələ gətirir. Kişilərdə qadınlara nisbəttə 3 qat daha çox rast gəlinir və bir dəfə əmələ gəldikdən sonra tamamilə təmizlənsə də təkrarlanma ehtimalı yüksəkdir. Hər yaşda görülə bilməsinə baxmayaraq daha çox 30-lu yaşlarda görülür.

 

Böyrək daşının simptomları nələrdir?

 

Böyrək daşları daha çox  böyrəkdən çıxıb sidik axarına düşdüyü zaman simptom göstərir. Daşın  sidik axarında etdiyi tıxanıqlıq səbəbiylə şiddətli ağrı görülür. Amma bəzən heç bir simptom göstərmədən də sidik yolu ilə atıla bilər.

 

  • Böyrək daşının ən əsas simptomu şiddətli ağrıdır. Ağrı bel nahiyyəsində, qabırğaların altında, qarının aşağı hissəsində və qasıqlarda ola bilər. Ağrı dalğalar halında da gələ bilər.
  • Sidik qoxusunda və rəngində dəyişiklik
  • Ürək bulantısı və qusma
  • Sidiyə çıxma sayında artış olmasına baxmayaraq miqdarında azalma ola bilər
  • Sidiyə çıxarkən ağrı, göynəmə, yanma, tez-tez sidiyə çıxma hissi də görülə bilər
  • İnfeksiya da əmələ gələrsə temperaturda artış, titrətmə də ola bilər.

 

Böyrək daşı sidik axarını qismi və ya tam olaraq bağladığı üçün həmin böyrəkdən gələn sidiyin bədəndən atılmasında problem əmələ gələ bilər. Uzun müddət davam edərsə o böyrəyin fəaliyyətinin azalmasına və ya tamamilə itirilməsinə səbəb olur. Bu iki tərəfli olarsa böyrək çatışmamazlığına da səbəb ola bilər.

 

Böyrək daşı niyə əmələ gəlir? Daş əmələ gəlmə riskini artıran səbəblər nələrdir?

 

  • Az maye qəbul ədilməsi: Bədəndə yetərli su olmaması böyrək daşı əmələ gəlməsində əhəmiyyətli faktördür. Gün ərzində lazımi qədər maye qəbul edilməzsə sidiklə atılan mineral və digər maddələrin sıxlığı artır . Bu vəziyyətdə böyrək daşı riski artır. İsti iqlimlərdə yaşayanlar, daha isti yerlərdə işləyənlər, daha çox tərləyənlər də risk altındadırlar.
  • Cinsiyyət: Kişilərdə qadınlara nisbətən 2-4 qat daha çox böyrək daşı görülür
  • Genetika : Ailədə böyrək daşı olması. Bir nəfərdə olması riski 2-2.5 qat artırmaqdadır.
  • Daha əvvəl böyrək daşı olması: Bu insanlarda yenidən böyrək daşı əmələ gəlmə əhtimalı yüksəkdir. Xüsusilə 25 yaşından kiçiklərdə əmələ gələn böyrək daşları daha çox təkrarlayır.
  • Bəslənmənin də böyrək daşı əmələ gəlməsində əhəmiyyətli rolu vardır. Protein, duz və şəkər miqdarının yüksək, lifin az olduğu bir diet riski artırır. Xüsusilə yeməklərdə duzun çox istifadə edilməsi sidiklə atılan kalsiyum miqdarını artıraraq böyrək daşı əmələ gətirir.
  • Daha əvvəl mədə – bağırsaq sistemindən əməliyyat olunması
  • Artıq çəkili və obez olunması
  • Polikistik böyrək və ya başqa bir kistik böyrək xəstəliyi olması
  • Tək böyrəkli olmaq
  • Sidikdə sistin, oksalat, sidik turşusu və kalsiyum miqdarının artmasına səbəb olan xəstəliklər olması
  • Vücudda maye miqdarını azaldan bəzi dərmanlar, kalsiyum tərkibli mədə qoruyucular, bəzi antibiyotiklər və dərmanlar
  • Tez-tez sidik yolu infeksiyası keçirtmək, Crohn xəstəliyi, hiperparatiroidizm və s. xəstəliklər olması
  • Uzun müddət D vitamini və kalsiyum istifadəsi

 

 

Böyrək daşı növləri hansılardır?

 

  • Kalsiyum daşları (Kalsiyum oksalat, Kalsiyum Fosfat və s. ) : Ən çox görülən böyrək daşı növüdür. Böyrəkdə əmələ gələn daşların çoxu kalsiyum oksalat formasındaki kalsiyum daşlarıdır. Fındıq, badam, şokolad, ispanaqda yüksək miqdarda oksalat vardır.

Diyet, yüksək dozada D vitamini qəbul edilməsi, bağırsaq bypass əməliyyatı, metabolik xəstəliklər, istifadə edilən bəzi dərmanlar, Sarkoidoz xəstəliyi olanlarda sidikdə kalsiyum və oksalat miqdarını artıra bilər.

 

 

  • Struvite daşları : Bu böyrək daşları çox zaman sidik yolu infeksiyalarından sonra əmələ gəlməkdədir. Struvite daşları heç bir simptom vermədən qısa zamanda böyüyə bilər. Maqnezyum, ammonyum və fosfatın birləşməsi ilə əmələ gələn struvitə daşları qadınlarda kişilərə nisbətən daha çox görülür. B6 və magnezyum əksikliyi, isti havalar, maye qəbulunun az olması riski artırmaqdadır.

 

  • Urat turşusu daşları: Urat turşusu daşları ümumiyyətlə sidiyin turşuluğunun normaldan çox olduğu zaman əmələ gəlir. Lazımi qədər su içilməməsi, Gut xəstəliyi, ət miqdarının çox yeyilməsi, yüksək proteinlə bəslənmək, Sidik turşuluğunu artıran bəzi genetik xəstəliklər, ximya müalicəsi alınması urat turşusu daşı əmələ gəlmə ehtimalını artırır.

Urat turşusu daşları tək başına əmələ gələ biləcəyi kimi, kalsiyum daşları ilə kompleks hala gəlib birliktə də görülə bilər.

 

  • Sistin daşları: Nadir görülən daş növü olsa da müalicə olunmadığı zaman qısa müddətdə təkrarlama ehtimalı yüksəkdir. Sərt daşlar olduğu üçün şok dalğa litotripsiyasından fayda görmə ehtimalı çox azdır.
  • Amonyum Urat
  • Ksantin
  • 2,8 – dihidroksiadenin
  • Dərman daşları
  • Tərkibi bilinməyən daşlar

 

Böyrək daşı üçün hansı ixtisas həkiminə müraciət edilməlidir?

 

Böyrək daşları üçün uroloqa müraciət edilməlidir. Böyrək daşına hansı müalicə tətbiq olunacağına uroloqun muayinəsi və analizlərin ardından qərar vərilir. Böyrək daşlarının müalicəsində cərrahi müdaxilələr də olduğu üçün həm daş cərrahiyyəsi üçün lazımi cihazların olduğu xəstəxana, həm də bu əməliyyatları müvəffəqiyyətlə icra edən həkimə müraciət edilməlidir.

 

Böyrək daşı diaqnozu necə qoyulur?

 

Böyrək daşının diaqnozunda uroloqun ətraflı muayinəsi əhəmiyyətlidir. Simptomlar həkim üçün çox vaxt yetərlidir. Buna baxmayaraq dəqiqləşdirmək üçün bəzi analizlər və görüntüləmə metodlarından istifadə olunur.

 

  • Qan analizi: Böyrəklərin düzgün işləyib işləmədiyini ölçmək, qandakı urat turşusu və kalsiyum miqdarı kimi böyrək daşı əmələ gəlmə riskini artıran maddələrə baxıla bilər.
  • Sidiyin analizi: Sidikdə qan və infeksiya olmasına baxılır. Böyrək daşına səbəb olabiləcək bəzi xəstəliklər haqqında da məlumat əldə edilir. Eyni zamanda sidiyin pH’ına baxılaraq turşuluğu ölçülür. Ehtiyac olan xəstələrdə 24 saatlıq sidik toplanaraq olunan analizlərlə yəni daş əmələ gəlməsinin qarşısını almaq üçün müalicə başlana bilər.

 

Görüntüləmə metodları: Böyrək daşının dəqiq diaqnozunda, xəstələrin təqibində, əməliyyat planlanmasında istifadə olunur.

 

  • Ultrasəs muayinə: Yüksək frekanslı səs dalğalarının istifadəsi ilə ultrasəs cihazıyla böyrək daşları diaqnozu qoyula bilir. Sürətli və güvənilir nəticə əldə olunur. Kiçik daşlar və sidik axarına düşmüş bəzi daşlar gözdən qaça bilər. Amma şüa verməməsi səbəbiylə də hamilələrdə ən güvənilən görüntüləmə metodlarından biridir.
  • Kompüter Tomoqrafiyası : Kiçik daşlar daxil olmaqla sidik sistemindəki daşların yeri, ölçüsü, sərtliyi və s. məlumatlar əldə edilir. Xüsusilə cərrahi müdaxilə olunacaq xəstələrdə ən çox istifadə edilən metoddur.
  • İntravenöz Pıyeloqramma: Damardan kontrast maddə verilərək böyrəklərdən görüntü əldə edilir. Amma həm verdiyi məlumatın yetərli olmaması, həm də ciddi şüa təsirinin olması səbəbiylə son illərdə istifadəsi çox azalmışdır.
  • Böyrək daşı analizi: Sidik yollarından daş düşürən zaman və ya əməliyyat sırasında götürülən daşın tərkibi analiz edilir. Daşın cinsinə görə uroloq tərəfindən müalicə başlana bilər.

 

Böyrək daşı müalicəsi

 

Böyrək daşının olduğu yeri, sərtliyi və böyüklüyünə, xəstənin muayinəsinə görə müalicə planlanır. Böyrək daşlarının bir hissəsi, xüsusilə 4 mm və kiçik olanlar sidiklə atılaraq xaric oluna bilər. Bu zaman şiddətli ağrı hiss olunur.

 

  • Su : Gün ərzində lazımi qədər su içilməsi həm böyrək daşının əmələ gəlməsinin qarşısını alabilir, həm də bu daşların düşürülməsinə köməklik göstərir. Gündə 2-3 litr su içilməsi sidik yollarını yuyaraq təmizləyir. Xüsusilə sarı və tünd sarı rəngdə sidik ifraz edən insanların açıq sarı vəya şəffaf sidik rəngi olana qədər su içməsi məsləhətdir. Sistin daşı olanlar daha çox su içməlidirlər. Sidik qaçırtma, tez tez sidiyə çıxma, böyrək çatışmazlığı və digər sistemik xəstəlikləri olanlar isə maye qəbulunu uroloqları ilə məsləhətləşməlidirlər.
  • Dərman müalicəsi: Sidik axarından keçəbiləcək boydakı daşların müalicəsində buradaki əzələləri relaksasiya edən fərqli dərmanlar istifadə oluna bilər. Əzələlərin rahatlamasıyla sidik axarına düşən daşlar daha rahat və ağrısız düşə bilər. Sidik axarına düşmüş böyrək daşının verdiyi şiddətli ağrılarda ağrı kəsici dərmanlar istifadə olunur. Bəzi xəstələrdə şiddətli bulantı-qusma olduğu zaman bunların eləyhinə dərman müalicəsi vərilir.

Sidik yollarından keçmə ehtimalı olmayan daşlarda isə fərqli alternativlər ön plana çıxır.

Əməliyyat ilə alındıqdan sonra  vəya daş düşürüldükdən sonra daşın tərkibi incələnərək  daş növünə uyğun olaraq müalicə başlanır. Bu müalicə ilə daşın təkrarlanmasının qarşısını almaq çox hallarda mümkün olur.

 

Səs dalğaları ilə böyrək daşının qırılması – Şok dalğa litotripsiya (ŞDL):

Böyrək daşının olduğu yer, daşın ölçüsü və sərtliyinə görə distant litotripsiya istifadə oluna bilər. Vücudun çölündən böyrək daşının qırılması üçün güclü titrəşimlər əmələ gətirən səs dalğaları istifadə edilir. Qırılan böyrək daşları sidik yolundan atılaraq təmizlənir.

Bu prosedura böyrək daşının böyüklüyü, yerinə və istifadə olunan cihaza görə 30-45 dəqiqə çəkir. Səs dalğaları ilə böyrək daşının qırılması şiddətli olmasa da ağrıya səbəb ola biləcəyi üçün sedasiya kimi yüngül anesteziya altında icra oluna bilər. Xəstə eyni gün evə göndərilir. Əməliyyatsız daş qırılması olaraq da bilinən bu metod 1.5 cm’dən kiçik və yumuşaq böyrək daşlarında məsləhət görülür.

 

Şok dalğa litotripsiyadan sonra fəsadlar görülə bilər.

  1. Daş parçalandıqdan sonra əmələ gələn kiçik parçalar sidik yolu ilə atıldığı zaman sidik axarında tıxanıqlığa və buna bağlı olaraq da şiddətli yan ağrısı, böyrəkdə gənişlənmə, infeksiya, temperatur və böyrək funksiyasında pozulmaya səbəb ola bilər.

Kiçik daş parçalarının əmələ gətirdiyi bu problemlərlə qarşılaşmamaq üçün 1.5 cm’dən böyük olan daşlara ŞDL olunması məsləhət olunmur. Əməliyyata uyğun olmayan və bu səbəblə ŞDL olunacaq xəstələr üçün J-J stent taxılması bu fəsadlara qarşı qoruyucudur.

  1. ŞDL ‘nin böyrək üzərinə də istənməyən fəsadları görülə bilər :

 

  • Böyrək damarlarına zərər verməsi halında sidikdən qan gəlməsi (hematüriya) və ya böyrək ətrafında qan toplanması (hematoma). Təzyiq yüksəkliyi, şəkər xəstəliyi, qan durulaşdırıcı dərman atanlarda (ŞDL’dən 1 həftə-10 gün əvvəl dayandırılmalıdır) bu risk artmaqdadır
  • ŞDL olunan xəstələrdə uzun müddət sonra təzyiq yüksəkliyi görülə bilir. Xüsusilə 60 yaş üzəri xəstələr bu səbəblə təzyiqlərinə diqqət etməlidirlər.
  • Mədə bağırsaq ilə əlaqəli nadirən bildirilmiş yan təsirlər görülmüşdür.

 

 

Üreterorenoskopiya (Fleksible URS – RIRC)

Böyrək içərisindəki daşların qıvrılabilən (fleksible) və incə cihaz istifadə edərək, lazer vasitəsilə parçalanması əməliyyatıdır. Qıvrılabilən cihaz vasitəsi ilə sidik kanalından girilərək sidik kisəsi və sidik axarı keçilərək böyrəyə qədər çıxılır. Daşın boyu və yerindən asılı olaraq daş bütün halda da çıxardıla bilər. Çıxardıla bilməyəcək qədər böyük olan daşlar isə olduğu yerdə lazer köməyi ilə parçalanıb toz halına gətirilir və sidik ilə atılır. Nisbətən böyük olan daş parçacıqları isə basket köməyi ilə götürülür.

Böyrək daşının retrograd intrarenal cərrahiyyə metodu ilə qırılması və çıxardılması zamanı əgər şübhəli bir törəmə görülərsə biopsiya alınır və o törəmənin də təmizlənməsi əyni seansda icra oluna bilər.

 

Böyrək içində lazerlə daşın qırılması əməliyyatı ümumi anesteziya ilə olunur. Qırılan daş qırıntılarının daha asanlıqla sidik kisəsinə tökülməsi üçün böyrək ilə sidik kisəsi arasına J-J stent yərləşdirilir.

 

RIRC (Retroqrad intrarenal cərrahiyə) əməliyyatının ağırlaşma riski çox azdır. Əməliyyat sonrası xəstə eyni gün və ya ertəsi gün evə yazılır.

 

Həç bir kəsik olmadan, sidik kanalından girilərək əməliyyatın icra olunması bu metodun ən böyük üstünlüyüdür. Bu səbəblə böyrəyə zərər verilmir və xəstə ən qısa zamanda evinə və sosyal həyatına qayıda bilir.

 

RIRC (Fleksible URS) əməliyyatı :

 

  • 2 cm’dən kiçik böyrək daşı olan xəstələr
  • 2 cm’dən böyük olan amma digər əməliyyat metodlarına uyğun olmayan xəstələr
  • Böyrək daşı ilə birgə sidik axarı daşı da olan uyğun xəstələr
  • Qanaxma (laxtalanma) problemləri olan vəya laxtalanmanın qarşısını alan dərmanlar istifadə ədən xəstələr
  • Morbid Obez (Ciddi Artıq çəkili) olan xəstələr
  • Böyrək anomaliyası olan xəstələrdə daha çox məsləhət görülür.

 

 

Perkütan Nefrolitotomiya (PNL)

Qapalı bir əməliyyat metodu olan Perkütan Nefrolitotomiya 2 cm’dən daha böyük və kompleks olan böyrək daşlarında istifadə edilir.

  • Çətin olması səbəbiylə bu metod üçün xüsusi təhsil almış təcrübəli uroloqlar tərəfindən olunmalıdır.
  • PNL ümumi anesteziya ilə icra olunur.
  • Bel nahiyəsindən 1cm kəsik ilə böyrəyə bir boru yerləşdirilir. Nefroskop (kameralı, içindən daşın qırılması və toplanmasını icra edən alətlərin keçməsinə icazə verir) vasitəsi ilə böyrək içərisindəki daşlar parçalanır və boru içərisindən dəridən çölə çıxardılır.
  • Böyrək daşlardan təmizləndikdən sonra geridə daşın qalıb qalmadığını kontrol etmək üçün uzi vəya rentgen kimi görüntüləmə metodlarından istifadə ədilir.
  • Böyrəkdəki bütün daşların çıxardıldığından əmin olduqdan sonra böyrəyə drenaj borusu yərləşdirilir və 1-2 gün orada saxlanılır.
  • Əməliyyat sonrası xəstə 2-3 gün xəstəxanada nəzarət altında saxlanılır. Evə yazılmadan əvvəl drenaj tüpü çıxardılır. Bu çıxartma prosedurası ağrısız və çox qısadır.
  • Bu əməliyyatın qanaxma, infeksiya və digər fəsadları ola bilər.
  • Evə yazıldıqdan 1 həftə sonrasına qədər sidikdə qan görülməsi normaldır.
  • Temperatur, titrəmə və sidikdə uzun müddət qanaxma olması halında uroloqa mütləq müraciət edilməlidir.

 

Açıq böyrək daşı əməliyyatı

 

Texnologiyanın inkişaf etməsi ilə müasir dövrdə açıq böyrək daşı əməliyyatı çox nadirən icra olunur.

 

Böyrək daşının əmələ gəlməsinin qarşısını almaq üçün nələr olunmalıdır ?

 

  • Böyrək daşlarının əmələ gəlmə səbəbləri fərqlidir. Xüsusilə böyrək daşının növünə görə bəslənmə şəkli fərqlilik göstərir.
  • Ən əhəmiyyətlisi gün ərzində tükətilən su miqdarıdır. Sidik rənginin açıq şəffaf olması lazımi qədər su içildiğinin göstəricilərindən biridir. Xüsusilə isti və quru iqlimlərdə yaşayanlar, çox idman edənlər, aşbazlar, əkincilər və s. kimi isti işlərdə işləyənlər daha çox su tükətməli olduqlarına diqqət etməlidirlər.
  • Böyrək daşı növünə görə uroloq və dietoloq ilə məsləhətləşərək qidalanma planlanır.
  • Günlük duz miqdarının azaldılması böyrək daşı əmələ gəlməsi vəya təkrarlanması ehtimalını azaltmaqla yanaşı yüksək təzyiq, ürək və damar xəstəlikləri başda olmaqla digər xəstəliklərin riskini də azaldır.
  • Böyrək daşının təkrarlanmaması üçün daşın növünə görə fərqli dərmanlar istifadə olunur.

 

 

Böyrək daşı olanlar necə qidalanmalıdırlar?

 

Böyrək daşı hekayəsi olan xəstələr böyrək daşının cinsinə görə fərqli şəkildə qidalanmalıdırlar. Qidalanma üçün uroloq və dietoloq ilə məsləhətləşilməlidir.

Duz istifadəsinin artması böyrək daşı əmələ gəlmə riskini artırır. Konservləşdirilmiş qidalarda  duzun tərkibində olan Natrium mineralı yüksək olduğu üçün diqqətli olunmalıdır. Heyvani protein az miqdarda tükətilməlidir. Protein ehtiyacının sadəcə heyvani proteinlərlə qarşılanması başda urat olmaqla bəzi daş növləri riskini artırır.

 

  • Kalsiyum oksalat daşı :

 

Bu daş növü ən çox görülür. Xəstələrin təqribən %70’də rastlanılır. Oksalat qidaların bir çoxunda vardır. Vücudumuza faydalı olanlar istifadə olunarkən, faydasızlar sidik ilə xaric olunur. Sidikdə yüksək miqdarda oksalat olması daş əmələ gətirir. Bu xəstələr aşağıdaki məsləhətlərə uyğun olaraq qidalanmalıdırlar:

  • Oksalatı azaldın: oksalatdan zəngin qidaların (ıspanaq, pomidor, fındıq, kaju, fıstıq, kartof, şokolad, dondurma) istifadəsi azaltılmalı, Oksalat miqdarının az olduğu taxıl, lifli qidalar, meyvə və tərəvəz qidalanmada ön planda olmalıdır
  • Oksalatın yanında kalsiyum: Oksalatdan zəngin bir qida yeyildiyi zaman kalsiyumdan zəngin olan qidaların (süd, qatıq, kefir, pendir və s. ) istifadəsi daş əmələ gəlməsinin qarşısını alar.
  • C vitamini istifadəsinə diqqət edilməlidir. Günlük 1000mg’dan artıq istifadə olunmamalıdır. Askorbik turşusu çox istifadə olunduğu zaman, sidikdə oksalat miqdarı artar və daş əmələ gələbilər.
  • Spirtli içkilərin istifadəsi azaltılmalıdır.
  • Duz istifadəsi dayandırılmalıdır : Xörəklərə duz qoyulmadığına diqqət ədilməli, şorabalar və hazır qidalarda duz miqdarı yüksək olduğu üçün yeyilməməlidir.
  • Qara çay və kofe istifadəsi azaldılmalı.
  • Heyvani protein azaltılmalıdır. Günlük 120-150 gramdan artıq ət/balıq/toyuq yeyilməsi daş riskini artırmaqdadır.
  • Günlük maye miqdarı əhəmiyyətlidir. Gün ərzində ən az 12 stəkan su qəbul edilməlidir.

 

  • Urik asit daşları:

 

Sidikdə çox miqdarda olan urik asit və sidik pH’nın 5.5in altında olması səbəbiylə urik asit daşları əmələ gəlir. Çox miqdarda heyvani protein (ət, toyuq, balıq, yumurta və s. ) istifadəsi urik asit daşlarına səbəb olur. Artıq çəkili olmaq, şəkər xəstələri, ximya müalicəsi alanlarda və urik asitə həssas insanlarda daş riski artmışdır.

 

  • Strüvit daşları:

 

Bu daşlar infeksiya daşları olaraq da bilinir.

  • Strüvit daşları turşu mühitdə həll olur. Bu səbəblə C vitaminindən zəngin qidalar (məs. Portağal suyu) faydalıdır.
  • B1 və B6 vitaminindən zəngin qidaların qəbul edilməsinə diqqət edilməlidir.
  • İnfeksiya daşları olduğu üçün daşların təkrarlamamasında infeksiyanın müalicəsi çox əhəmiyyətlidir. Sadəcə diyetlə bu daş növlərinin təkrarlanmasının qarşısını almaq mümkün deyildir.

 

Böyrəkləri qoruyacaq qidalar hansılardır?

  • Alma
  • Üzüm
  • Nar
  • Qarpız
  • Limon

 

Məndə böyrək daşı varsa övladlarımda da daş əmələ gələcəkmi?

 

Böyrək daşı olanların övladlarında daş əmələ gəlmə ehtimalı artmıştır. Bu səbəblə ultrasəs muayinəsi olunmaqları məsləhətdir.

  

Böyrək daşı böyrəklərimə zərər vərərmi?

 

Böyrək daşları uzun  müddətdə böyrəklərə ciddi zərərlər verə bilər. Xüsusilə təkrarlanan böyrək daşları infeksiyaya səbəb olarsa, sidik axarını tıxayarsa və müalicədə gecikilərsə böyrəyin tamamilə funksiyasını dayandırmasına gətirib çıxara bilər.

 

Böyrək daşına hansı hallarda əməliyyat lazımdır?

Hər böyrək daşı üçün əməliyyata ehtiyac olmaya da bilər. Çox su istifadəsi, dərman müalicəsi kimi tədbirlərə baxmayaraq düşməyən böyrək və sidik yolu daşlarında əməliyyat düşünülə bilər.

  • Şiddətli ağrı və infeksiyaya səbəb olan böyrək daşları
  • Müalicə ilə düşməsi mümkün olmayan böyüklükdəki böyrək daşları
  • Qanaxmaya səbəb olan böyrək daşları
  • Böyrəkdə funksiya itkisinə səbəb ola biləcək böyrək daşları
  • Tam tıxanma edən böyrək daşları və s.

 

Müəllif

Uzm. Dr. Emin Məmmədov

Uroloq androloq

Uroloq androloq Dr. Emin Məmmədov Urologiya və Andrologiya sahələri üzrə bütün növ patalogiyaların ən müasir tibbi protokollarla cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.
Bu yazını yaxınlarınızla paylaşın
Digər əməliyyatlarımız